Canlılardakı bütün zülalların sol əlli olmasını təsadüflə açıqlamaq qeyri-mümkündür
                          “Mənalı” zülalın əmələ gəlməsi üçün, bir qədər  əvvəl qeyd etdiyimiz kimi, təkcə bu zülalı təşkil edən amin turşularının  müəyyən sayda, mükəmməl ardıcıllıqla və xüsusi üçölçülü dizayna uyğun şəkildə  birləşmələri artıq kifayət etməyəcək. Bütün bunlarla yanaşı, həmin amin  turşularının hamısı sol əlli olmalı və aralarında heç bir sağ əlli amin turşusu  olmamalıdır.
Kimyəvi  cəhətdən eyni amin turşusunun həm sağ əlli, həm də sol əlli olmaqla iki fərqli  növü var. Bunların arasındakı fərq üçölçülü quruluşlarının bir-birinə zidd  tərəfli olmasından qaynaqlanır. Eynilə insanın sağ və sol əllərindəki fərq kimi...
Hər  iki qrupdan olan amin turşuları bir-birləri ilə asanlıqla birləşir. Lakin  aparılan təhlillər nəticəsində ortaya təəccüblü həqiqət çıxmışdır: ən bəsit  orqanizmdən ən mürəkkəbinə qədər bütün canlılardakı zülallar, təkcə sol əlli  amin turşularından təşkil olunur. Zülalın quruluşuna bircə sağ əlli amin  turşusu belə əlavə olunsa, həmin zülal yararsız hala düşər. Hətta bəzi  təcrübələrdə bakteriyalara sağ əlli amin turşuları verilmiş, lakin bakteriyalar  bu amin turşularını dərhal parçalamışlar, bəzi hallarda isə bu parçalardan  yenidən istifadəyə yararlı sol əlli amin turşuları əmələ gətirmişlər.
Bir anlıq təkamülçülərin dediyi kimi, canlıların meydana gəlməsi üçün lazım olan amin turşularının öz-özünə əmələ gəldiyini fərz edək. Bu təqdirdə, təbiətdə sağ və sol əlli olmaqla eyni miqdarda amin turşusu olardı. Dolayısilə, bütün canlıların orqanizmində sağ və sol əlli amin turşuları qarışıq miqdarda olmalı idi. Çünki kimyəvi cəhətdən hər iki qrupdan olan amin turşularının bir-biri ilə asanlıqla birləşməsi mümkündür. Halbuki, bütün canlı orqanizmlərdəki zülallar təkcə sol əlli amin turşularından təşkil olunmuşdur.
Zülalların bunların arasından ancaq sol əlli amin turşularını necə seçdiyi və araya heç bir sağ əlli amin turşusunun necə qarışmadığı təkamülçülərin açıqlaya bilmədiyi məsələlərdən biri kimi qalmışdır. Təkamülçülər bu qədər xüsusi və şüurlu seçici prosesi heç cür açıqlaya bilmirlər.
Habelə, açıq-aydın göründüyü kimi, zülalların bu xüsusiyyəti təkamülçülərin “təsadüf” düyününü daha da açılmaz vəziyyətə gətirir. Bu vəziyyət təkamül nəzəriyyəsinin kor-koranə müdafiəçisi olan “Britannika” adlı elmi ensiklopediyada belə ifadə edilir:
“...Yer üzündəki bütün canlı orqanizmlərdəki amin turşularının hamısı, zülallar kimi mürəkkəb polimerlərin özül elementləri, eyni asimmetriya tipindədir. Sanki tamamilə sol əllidirlər. Bu, müəyyən baxımdan, milyon dəfələrlə havaya atılan qəpiyin həmişə eyni üzü üstə düşməsinə bənzəyir. Molekulların necə sol əlli və ya sağ əlli olduqları tam qavranıla bilməz. Bu seçim anlaşılmaz şəkildə yer üzündəki həyatın mənbəyinə bağlıdır”.
Bir qəpik milyon dəfələrlə havaya atıldıqda həmişə eyni üzü üstə düşürsə, bunu təsadüflə açıqlamaq məntiqlidir, yoxsa birinin şüurlu şəkildə havaya atılan pula müdaxilə etdiyini qəbul etmək? Cavab aydındır. Belə prosesin təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Üstəlik, burada bəhs etdiyimiz proses qəpiyin milyon dəfələrlə eyni üzü üstə düşməsindən olduqca çətin ehtimaldır. Lakin təkamülçülər bu aydın həqiqətə baxmayaraq, sırf “müdaxilənin” olduğunu qəbul etmək istəmədiklərinə görə təsadüfə sığınırlar. Amin turşularının lazımi zülalları əmələ gətirmək üçün bir-birləri ilə razılaşdığına və xüsusi plan əsasında sol əlli olanlarını seçdikləri kimi, ağılsız iddialara inanırlar. Halbuki, hər ağıllı insan buraya qədər bəhs etdiyimiz möcüzəvi hadisələrdən açıqca anlayar ki, canlılar sonsuz qüdrət sahibi Allah tərəfindən bütün təfsilatlarıyla mükəmməl yaradılıblar.
Geri

