Ən bəsit canlı belə təsadüfən əmələ gələ bilməz
                          Buraya qədər kainatdakı, Günəş sistemi və planetimizdəki  tarazlıqların təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğundan danışdıq. Hər tarazlığın  möcüzəvi şəkildə çoxsaylı ehtimallar arasından ən uyğun və ən ideal qiymətdə seçilmiş  olduğunu gördük. İndi isə, ən bəsit canlı orqanizm belə təsadüfən əmələ gələ  bilməyəcəyini görəcəyik. Bu mövzuya aydınlıq gətirən önəlmi fəaliyyətlərdən  biri Nyu-York Universitetinin kimya professoru və DNT mütəxəssisi Robert  Şapironun (Robert Shapiro) apardığı bir hesablamadır. Darvinist təkamülçü olan  Şapiro (Shapiro), təkcə bəsit bir bakteriyada olan 2000 növ zülalın təsadüfən  əmələgəlmə ehtimalını hesablamışdır (insan bədənində isə təxminən 200000 növ  zülal var). Əldə olunan ədədsə, 1040000-də 1 ehtimaldır (bu ədəd,  1-in yanına 40 min ədəd sıfırın yazılmasıyla əldə olunan və kainatda qarşılığı  olmayan ədəddir).
Bəsit  bir bakteriyadakı 2000 növ zülalın təsadüfən əmələgəlmə ehtimalı 1040000-də  1-dir. İnsanda isə təqribən 200000 növ zülal olduğuna görə, belə ehtimalı ifadə  etmək “qeyri-mümkün” sözü belə kifayət etmir.
Kardif Universitetindən Tətbiqi Riyaziyyat və Astronomiya professoru Çandra Vikramasinqhe (Chandra Wickramasinghe), Şapironun (Shapiro) hesablamaları barəsində bunları söyləmişdir:
“Bu ədəd (1040000) Darvini və bütün təkamül nəzəriyyəsini basdırmağa kifayətdir. Bu və ya başqa planet üzərində heç vaxt (həyatın meydana gələ biləcəyi) primitiv şorba olmamışdır və həyatın başlanğıcı təsadüfi şəkildə meydana gəlməyəcəyinə görə, məqsədli ağlın məhsuludur”.
Geri

