Oksigenin həllolma qabiliyyəti canlılar üçün ən ideal qiymətdədir
                          Bədənimizin oksigendən istifadə edə bilməsi, bu  qazın suda həllolma xüsusiyyətindən qaynaqlanır. Nəfəs aldığımız vaxt,  ağciyərlərimizə daxil olan oksigen, dərhal həll olaraq qana qarışar. Qandakı  hemoqlobin adlı zülal həll olmuş bu oksigen molekullarını tutaraq hüceyrələrə  daşıyar. Hüceyrələrdə isə, xüsusi ferment sistemləri sayəsində, bu oksigendən  istifadə edilərək ATF adlandırılan karbon birləşmələri yandırılar və enerji  əldə edilər.
Bütün  mürəkkəb canlılar bu sistemlə enerji əldə edərlər. Lakin, əlbəttə ki, bu  sistemin işləyə bilməsi, əvvəla oksigenin həllolma xüsusiyyətindən asılıdır.  Əgər oksigen kifayət qədər həll olmasa, o, qana çox az miqdarda qarışar və bu  da hüceyrələrin enerji ehtiyacının ödənilməsinə kifayət etməz. Oksigenin çox  həll olunması isə, qandakı oksigen miqdarını həddən artıq yüksəldər və  "oksidasiya zəhərlənməsi" yaradar.
İşin  qəribə tərəfi, müxtəlif qazların suda həllolma əmsallarının, bir-birlərindən  bir milyon qat fərqli ola bilməsidir. Yəni ən çox həll olunan qazla ən az həll  olunan qaz arasında, bir milyon qatlıq həll olma fərqi var. Demək olar ki, heç  bir qazın da həllolma əmsalı eyni deyil. Məsələn, karbon, oksigenə görə suda  iyirmi qat daha çox həll olar. Bu qədər müxtəlif həllolma əmsalları arasında  oksigenin həllolma əmsalı isə, tam bizim üçün uyğun olan əmsaldır.
                          
  Görəsən oksigenin həllolma əmsalı bir qədər daha az  və ya çox olsa nə baş verərdi? 
                            Əvvəlcə birinci ehtimala baxaq. Əgər oksigen suda (və dolayısilə  qanda) bir qədər daha az həll olsa, qana daha az oksigen qarışar və hüceyrələr  kifayət qədər oksigen ala bilməz. Belə olan halda, insan kimi yüksək maddələr  mübadiləsi sürətinə sahib canlıların yaşaması çox çətinləşər. Belə olduqda nə  qədər çox nəfəs alsaq da, havadakı oksigen hüceyrələrə kifayət qədər  çatmayacağı üçün, yavaş-yavaş boğulma təhlükəsi ilə üzləşərik.
                            Əgər oksigenin həllolma əmsalı daha çox olsa, bu dəfə isə, bir qədər  əvvəl ifadə etdiyimiz "oksidasiya zəhərlənməsi" baş verər. Oksigen  əslində çox təhlükəli qazdır və normadan artıq qəbul edildikdə canlılar üçün  öldürücü təsirə malikdir. Qandakı oksigen miqdarı artdıqda, bu oksigen su ilə  reaksiyaya girərək olduqca reaktiv və zərərli artıq maddələr əmələ gətirər.  Bədəndə, oksigenin bu təsirini aradan qaldıran olduqca mürəkkəb ferment  sistemləri var. Lakin oksigen miqdarı bir qədər daha artsa, bu ferment  sistemləri işə yaramayacaq və aldığımız hər nəfəs bədəni bir qədər daha  zəhərləyərək bizi qısa müddətdə ölümə aparacaq. Kimyaçı İrvin Fridoviç (Irwin  Fridovich), bu mövzuda belə söyləyir: 
“Tənəffüs edən bütün orqanizmlər qəribə bir tələyə düşüblər. Həyatlarını dəstəkləyən oksigen, eyni zamanda onlar üçün zəhərləyici (toksik) xüsusiyyətdədir və bu təhlükədən yalnız çox həssas olan bəzi xüsusi müdafiə mexanizmləri sayəsində qorunurlar”.
Məhz bizi bu tələdən, yəni oksigenlə zəhərlənmə və ya oksigensiz qalaraq boğulma təhlükələrindən qoruyan şey, oksigenin həllolma əmsalının və bədəndəki mürəkkəb ferment sistemlərinin tam lazım olduğu şəkildə müəyyənləşdirilmiş və yaradılmış olmasıdır. Daha açıq desək, hər şeydən xəbərdar olan Rəbbimiz Allah, tənəffüs etdiyimiz havanı da, bu havadan istifadə etməyimizi təmin edən sistemlərimizi də mükəmməl uyğunluqla yaratmışdır.
Geri

