Cazibə qüvvəsinin həssas ölçüsü
                          Kainatdakı fiziki qanunlar dörd əsas qüvvə üzərində  işləyir. Bunlar “cazibə qüvvəsi”, “elektromaqnit qüvvəsi”, “güclü nüvə qüvvəsi”  və “zəif nüvə qüvvəsi”dir. Bu qüvvələrin qiymətləri isə kainatın hazırkı  formada mövcud olması və həyata uyğun olması üçün mükəmməl həssaslıqla  nizamlanıb.
Kainatdakı  nizama təsir edən ən əsas qüvvələrdən biri cazibə qüvvəsidir (qravitasiya  qüvvəsi). Nyuton (Newton) bu qüvvənin təkcə almaları ağacdan salan deyil, eyni  zamanda, planetləri də orbitlərində saxlayan sirli qüvvə olduğunu demişdi.  Eynşteyn (Einstein) isə mövzuya daha da dərinlik qazandırıb cazibə qüvvəsinin  nəhəng ulduzları necə içinə çökdürüb qara dəliklərə çevirdiyindən bəhs etmişdi.  Həqiqətən də, cazibə qüvvəsi kainatın ən həlledici qüvvələrindən biridir.  Kainatın genişlənməsini nəzarət altında saxlayan qüvvə də, yenə cazibə  qüvvəsidir.
Bu cazibə qüvvəsi isə qiymət etibarilə, tam da hazırda yaşadığımız kainatın əmələ gələ bilməsinə imkan verəcək sabit qiymətə malikdir.
                            Əgər  qravitasiya sabiti indikindən bir az daha artıq olsaydı, ulduzlar daha qısa  müddətdə əmələ gələr və kosmosdakı ən kiçik ulduzun kütləsi belə, bizim  Günəşimizdən ən az 1,4 dəfə böyük olardı. Bu cür böyük ulduzlar isə o qədər  sürətlə və qeyri-sabit yanar ki, ətraflarındakı planetlərdə həyatı  formalaşdıracaq şərtlərin əmələ gəlməsi qeyri-mümkün olar. Həyat üçün təkcə  bizim Günəşimiz kiçikliyində ulduzlara ehtiyac var. Habelə, qravitasiya sabiti  indikindən bir az daha artıq olsaydı, kainatdakı böyük ulduzların hamısı qara  dəliyə çevrilərdi. Həmçinin ən kiçik planetlərdəki cazibə qüvvəsi o qədər güclü  olardı ki,  həşəratlardan böyük heç bir  cisim ayaqda dura bilməzdi.
                            Eləcə  də, əgər qravitasiya sabiti bir qədər daha az olsaydı, bu zaman da kosmosdakı  bütün ulduzların kütləsi ən çoxu bizim Günəşimizin kütləsinin 0,8 hissəsi qədər  olardı. Belə kiçik ulduzlar hər nə qədər ətraflarındakı planetlərdə həyata  imkan verəcək qədər uzun və sabit yansaydılar da, bu dəfə planetləri və  canlılar aləmini əmələ gətirən ağır elementlər kainatda əmələ gələ bilməzdi.  Çünki dəmir və daha ağır elementlər, təkcə nəhəng ulduzların nüvəsində əmələ  gətirilə bilər və təkcə bu cür ağır ulduzlar berillium və daha ağır elementləri  ulduzlararası fəzaya yaya bilərlər. Bu cür elementlər isə planetlərin və  həyatın yaranması üçün zəruridir.
                            Göründüyü  kimi, cazibə qüvvəsində yarana biləcək bu qədər çox kiçik dəyişikliklər  həyatın, dolayısilə insanların əmələ gəlməsinə bilavasitə mane olacaqdı. Cazibə  qüvvəsindəki bir qədər böyük dəyişikliklər isə, ortada tamamilə kainat adlı  məhfumun qalmamasına səbəb olacaqdı. Cazibə qüvvəsi bir qədər çox artsaydı,  kainat genişlənə bilmədən içinə çökər, bir qədər az azalsaydı isə, heç bir  ulduz və ya qalaktika əmələ gələ bilməyəcəkdi.
                            Lakin  bu gün Yer kürəsində yaşa bilməyimiz, bu mənfi ehtimalların heç birinin baş  vermədiyini göstərir. Əksinə, kainatın hər təfsilatı mükəmməl plan və tarazlıq  əsasında yaradılıb. Sonsuz qüdrət sahibi olan Allah, yaşadığımız kainatı fövqəladə  “möcüzələr zənciri” və tam uyğunluqla yaratmışdır.
Yeddi göyü bir-birinə tam uyğun olaraq təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir göz gəzdirib bax, hər hansı bir çat görürsənmi? Sonra iki dəfə də, göz gəzdirib bax. Göz (uyğunsuzluq tapmaqdan) ümidini kəsmiş və yorğun halda özünə tərəf dönəcək. (Mülk surəsi, 3-4)
Geri

